"Mahir Emreli derbiyə hazırlaşır".
Prosport.Az xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze deyib.
46 yaşlı mütəxəssis 2-ci Bundesliqanın XXVI turunda "Qroyter Fyurt"a qarşı keçirəcəkləri oyunda azərbaycanlı hücumçuya şans verə biləcəyini söyləyib:
"Uzun söhbətdən sonra Mahirlə birlikdə qərar verdim. Mən həmişə oyunçunun meydanda 100 faiz gücünü qoymasının tərəfdarıyam. "Proyssen"lə (1:0) matç belə qarşılaşma idi. Bu səbəbdən Mahir derbiyə hazırlaşıb. Onun məşqlərdə necə təsir bağışlayacağını görəcəyik. Amma mən optimistəm".
Qeyd edək ki, martın 16-da baş tutacaq "Nürnberq" - "Qroyter Fyurt" matçı Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

