Türkiyənin “Göztəpə” klubunun futbolçusu Entoni Denis Azərbaycandan təklif alıb.
Prosport.Az xəbər verir ki, 20 yaşlı nigeriyalı yarımmüdafiəçi Premyer Liqanın adı açıqlanmayan bir klubunun maraq dairəsinə düşüb. Lakin gənc futbolçunun ölkəmizə köçmək şansı az göstərilir. Çünki Entoni Denisin daha böyük liqalardan təklifləri var.
Artıq Nigeriyanın əsas millisinə çağırılan orta sahə oyunçusu üçün Almaniyanın “Ştutqart” və İngiltərənin “Lids” klubları təklif göndərməyi planlaşdırır. Futbolçunun özü də mövsümün sonunda “böyük 5-lik” ölkələrindən birinə yollanmağı hədəfləyir.
Qeyd edək ki, “Göztəpə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər olan dayaq yarımmüdafiəçisi bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

