Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.
Prosport.Az-ın məlumatına görə, yığma A qrupundakı ilk matçında yerli komanda ilə üz-üzə gəlib.
Qarşılaşma 7:2 hesabı ilə Polşa yığmasının qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi iyunun 28-də Portuqaliya kollektivi ilə üz-üzə gələcək.

