Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu ilk yoxlama oyununu keçirib.
Prosport.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşıb.
"Leerberg Arena"da keçirilən oyun məhsuldar heç-heçə ilə başa çatıb 3:3.
Azərbaycan təmsilçisinin heyətində Nəriman Axundzadə dubl edib. Üçüncü qolu isə Leandro Andrade vurub.

