Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kameranı söndürün, xanımlar çıxsın, mən danışım" – Samir Abasov
    10.03.2025 22:16:29

    Misli Premyer Liqasının XXVI turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?
    – Rəqib azlıqda qalmazdan əvvəl də yaxşı başlamışdıq. İstədiyimizi futbolçular yerinə yetirirdi. Sürət və dinamika var idi. Onsuz da rəqibin oyunu bəllidir. Bütün komandayla müdafiə olunurlar. İlk hissədə 2 real qol epizodumuz oldu. İkinci hissədə daha da istəkli idik. Əvəzetmələrin də təsiriylə qol vurduq. Amma 10 nəfərə qarşı hazırlaşmamışdıq.

    – Komanda qeyri-sabit oyun sərgiləyir. Bütün diqqəti kuboka yönəltmisiniz?

    – Mən bura gələndə də çıxış yolu kimi kuboku görürdük. Hər kəs üçün bu aydın idi. Çempionatdan heç vaxt qopmamışıq. Bütün oyunlara qalibiyyət üçün çıxırıq. Bütün futbolçularımdan razı qaldım.

    – Ötən oyunda Ağadadaş Salyanskini tənqid etdiniz, amma yenə start heyətində idi. Niyə?
    – Futbolçunu tənqid edirik və danışırıq. Bu mənim iş prinsipimdir. Xoş hal o idi ki, Ağanın vəkilləri çoxaldı, üzə çıxdı. Keçən dəfə tənqid etdik deyə bu dəfə heyətə salmayacağıq deyə bir şey yoxdur. O, daha da yaxşı olmalıdır. Ağadadaş, Murad kimi futbolçular başa düşməlidir ki, bu şansdır. Baxmayaraq ki, yüksək maaş alan oyunçular ehtiyatda oturur. Mən gələndə cəmi 9 dəqiqə meydanda olmuşdu. Yerli məşqçi kimi ona şans verirəm. Hamısı şans qazanacaq.

    – Hazırki “Neftçi” həqiqətən də azlıqda qalan “Turan Tovuz”u məğlub etmək potensialında deyil?
    – Epizodların üzərində işləyirik. Amma oyunun sonlarında elə şeylər baş verir ki, orada sən özün qərar verməlisən. Rəqib 11 nəfərlə də olsaydı, bəlkə eyni situasiya yaşanacaqdı. 10 nəfər qalmağı əlinizdə bayraq tutursunuz. Rəqib çempionatda 10 qoldan 9-nu standart vəziyyətlərdən vurub. Biz əlimizdən gələn hər şeyi etdik.

    – Dembo Darbonun zədəsi nə yerdədir?
    – Darbonun zədəsi xronikidir, yoxsa deyil, bilmirəm. Qış fasiləsindən sonra isə zədəsi uzun müddətli reabilitasiya keçməsinə səbəb olub. Heyətdə minimum 23 oyunçu olmalıdır deyə onu matçın iştirak ərizəsinə salmışdıq. Milli fasilədən sonra düzələ bilər.

    – Emin zədə səbəbindən bu oyunu buraxdı?
    – Emin Mahmudov “Səbail”lə matçı da buraxacaq. Emin kimi yaşlı futbolçularda proses uzun çəkir.

    – Sizin futbolçu vaxtı özünüzdə olan istək indiki “Neftçi”də görünmür…
    – Elə deməzdim. Bu qol bizi üzdü. Amma çalışırıq ki, ən pozitiv hissələrdən özümüzçün dərs çıxaraq. Əgər kiminsə içində istək yoxdursa, bunu dəyişə bilmərik. Amma oyunçulara aşılamağa çalışırıq. Son vaxtlar xatırlamıram ki, hansısa oyunlarda tez təslim olaq. Komandanın, oyunçuların düşüş vaxtı olur. Amma “Kəpəz”lə oyundan sonra belə fikir sizdə formalaşırsa, razılaşmıram. Baş hakimin hər xırda şeyə cərimə verdiyi oyunda futbolçular sona qədər meydanda can qoydular.

    – “Neftçi” digər klublar kimi deyil axı…
    – Reallığı da qəbul edin. 5 xalla komandanı götürmüşük. 15-20 xal fərqlə komandanı 1-2-ci yerə gətirə bilməzsən. Bu gün pis tərəfləri deyiriksə, yaxşı tərəfləri də deyək. Məsələn, Sambu sonradan oyuna girdi və qol vurdu. Bu gün nədən narazı olum? Bu uşaqlar nə etdilər ki? Əllərindən gələni edirlər. Komandanın oyun üslubunu daha da inkişaf etdirmək üçün kreativ oyunçulara ehtiyacımız var. Gələcəkdə hər şey düzələcək.

    – Ötən tur bəzi azarkeşlər “Neftçi”ni “Kəpəz”ə qəsdən uduzduğuna görə suçladı…
    – Bu vaxta qədər niyə heç bir kluba belə suallar verilmir? Cavab nə verim? Kameranı söndürün, xanımlar çıxsın, mən danışım.

    Futbol

    AFFA Region Liqasının püşkü atıldı

    10.03.2026 22:53:36
    Futbol

    "Qəbələ" təhlükəli komandadır" - Valdas Dambrauskasın 7:1 şərhi

    10.03.2026 22:17:25
    Futbol

    "Qəbələ"nin 5, "Sabah"ın 50 manatı var" - Kaxaber Sxadadze

    10.03.2026 21:46:30
    Futbol

    "Sabah" "Qəbələ"ni "top atəşi"nə tutdu – VİDEO

    10.03.2026 21:06:55
    Futbol

    "Turan Tovuz" indi də Sumqayıta köçür

    10.03.2026 18:49:31
    Futbol

    "Sabah" - "Qəbələ": HEYƏTLƏR

    10.03.2026 18:15:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Avropa Açıq çempionatını 12 medalla başa vurdu

    10.03.2026 23:46:44

    Avropa çempionatı: 5 güləşçimiz medal qazandı

    10.03.2026 23:21:39

    AFFA Region Liqasının püşkü atıldı

    10.03.2026 22:53:36

    "Qəbələ" təhlükəli komandadır" - Valdas Dambrauskasın 7:1 şərhi

    10.03.2026 22:17:25

    "Qəbələ"nin 5, "Sabah"ın 50 manatı var" - Kaxaber Sxadadze

    10.03.2026 21:46:30

    "Sabah" "Qəbələ"ni "top atəşi"nə tutdu – VİDEO

    10.03.2026 21:06:55

    "Turan Tovuz" indi də Sumqayıta köçür

    10.03.2026 18:49:31

    "Sabah" - "Qəbələ": HEYƏTLƏR

    10.03.2026 18:15:47

    "Qarabağ"da parladı, millinin qapısı üzünə açıldı – VİDEO

    10.03.2026 18:05:34

    Avropa Açıq çempionatında qızıl medal

    10.03.2026 17:49:32

    AFFA milliyə əcnəbi baş məşqçi gətirdi - RƏSMİ

    10.03.2026 17:30:22

    "Qarabağ" mövsümün rekorduna imza atdı

    10.03.2026 16:48:44

    Yuri Vernidubun Berdıyevin əlini sıxması tənqid olundu

    10.03.2026 16:20:05

    AFFA I Liqa klubunu böyük məbləğdə cərimələdi

    10.03.2026 15:47:48

    Saşa İliç Sumqayıtdan Türkiyə mətbuatına danışdı: "Çox çətin olacaq"

    10.03.2026 15:19:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved