Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Gülməli qollar buraxırıq" - Azər Bağırov
    10.03.2025 19:25:31

    Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Ən zəif oyunumuzu oynadıq. Qol vura bilməyəndə pis duruma düşürük. Şanslarımız oldu, dəyərləndirə bilmədik.

    – Futbol oynamaq üçün hər şey ideal idi. Xal qazanmağa nə mane oldu?

    – Fərqli hissələr oldu. Birinci yarıda imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Fasilədən sonrakı oyunu bəyənmədim, tapşırıqlar icra olunmadı. Komanda daxilində problem var, onu tapacam.

    – “Neftçi” ilə oyundan sonra heyət məsələsini qabartmışdınız…

    – “Sumqayıt”ın da keyfiyyətli heyəti var.

    – Əsas rəqiblərlə oyunlarda xal itirirsiniz, amma güclüləri məğlub edə bilirsiniz. Düşünürsünüz ki, arxayınlıq var?

    – İsinmə hərəkətləri zamanı belə arxayınlığı hiss etmək olur. Bu gün sonlarda olmağımıza səbəb psixoloji durumdur. Bunu aradan qaldıra bilsək, yaxşı olar.

    – Komanda daxilində problem nədir?

    – Axtaracağıq.

    – Bu mövsüm “Sumqayıt”a qol vura bilməmisiniz. Bu, nə ilə bağlıdır?

    – Son 6-7 həftəni sırf realizasiya üzərində işləyirik. Qapıya zərbə vuran futbolçu başını qaldırıb, baxmamalıdır. Əvvəldən özünü kökləməlidir. Elə epizodlardan qol vura bilmirik ki… Amma gülməli qollar buraxırıq.

    – 11 tur qol vura bilməyən komandadsn 3 top buraxmaq necə təsir edir?

    – Heç bir məğlubiyyət həzm olunası deyil. Uduzmaq olar, amma bu gün məğlub olmaq istəmirdik.

    – Oyundan əvvəl Vaqif Cavadov sizi duelə çağırmışdı. Ona məğlub oldunuz?

    – Duel məsələsi deyil, inşallah, hər şey “Kəpəz” üçün yaxşı olar.

    – Növbəti turda “Qarabağ”, daha sonra “Səbail”lə qarşılaşacaqsınız. Hansı oyuna daha çox diqqət edəcəksiniz?

    – Hər oyun bizimçün vacibdir. Rəqibə baxmamalıyıq.

    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved