Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Kəpəz” klubunun futbolçusu Turan Manafov mükafatlandırılıb.
Prosport.Az xəbər verir ki, müdafiəçinin "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu birinci qol ən yaxşı seçilib.
Yanvar ayının ən yaxşı qolunun müəllifinə mükafat XXVI turun "Sumqayıt" - "Kəpəz" oyunundan əvvəl təqdim edilib.

