Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İmişli" bəyanat yaydı: Premyer Liqada oynamaqdan imtina etməmişik
    9.03.2025 20:18:08

    "Son zamanlar müəyyən mətbuat orqanlarında və sosial mediada "İmişli" PFK haqqında bir neçə həqiqəti əks etdirməyən, silsilə məlumatlar paylaşılmış və çap etdirilmişdir. Ən son olaraq isə "Mingəçevir" FK ilə keçirilmiş oyundan sonra müəyyən KİV-lərdə "İmişli"nin Premyer Liqada oynamaqdan imtina etməsi ilə bağlı yalan, heç bir əsası olmayan və təəssüfedici məlumatlar dərc edilmişdir".

    Prosport.Az xəbər verir ki, I Liqada mübarizə aparan "İmişli" klubu bəyanat yayıb.

    Bəyanatda klub futbol ictimaiyyəti və azarkeşlərinə müraciət edərək Premyer Liqada iştirakdan imtina etməsinə dair yazılanların həqiqətləri əks etdirmədiyini qeyd edib: "Klub olaraq, rəhbərlik, məşqçilər korpusu, futbolçu heyəti və bütün işçi qrupu məhz bu mövsüm üçün Misli Premyer Liqasına yüksəlmək üçün əlimizdən gələni etdiyimizə və sona qədər mübarizə aparacağımıza dair sizə zəmanət veririk. "İmişli" PFK hər bir oyuna yalnız qələbə qazanmaq üçün çıxır və sizləri əmin edə bilərik ki, bu daim yalnız və yalnız belə olacaq. Onu da nəzərinizə çatdırmaq istərdik ki, keçən futbol mövsümü Premyer Liqa lisenziyasını təmin etmiş və bu mövsüm I liqada çıxış edən yalnız 2 klubdan biriyik. Bu mövsüm də lisenziya alınması istiqamətində ciddi işlər gedir və lisenziyanı əldə edəcəyimizə əminik.
     
    Eyni zamanda sizlərə bildirmək istərdik ki, son turdakı oyunda baş verənlərlə bağlı peşəkar araşdırılmanın aparılması ilə bağlı AFFA baş katibliyinə, Hakimlər Komitəsinə və PFL-ə rəsmi müraciətlər edilmişdir. Bu məsələ klub rəhbərliyinin tam diqqətindədir.

    "İmişli" Peşəkar Futbol Klubu hər zaman ictimaiyyətə kifayət qədər açıq olmuş və bundan sonra da belə olacaq. Buna heç kəsin şübhəsi olmasın. Uzun fasilədən sonra böyük futbolu İmişliyə qaytaracağımıza bizi dəstəkləyənlərin və azarkeşlərimizin heç şübhəsi olmasın. Aran zonasını 2025/2026 mövsümündən etibarən Misli Premyer Liqasında ən yüksək şəkildə təmsil edə bilməyimiz yalnız siz ictimaiyyətin və dəyərli azarkeşlərimizin sona qədər dəstəyi ilə mümkün olacaq. Sizləri yalnız rəsmi bəyanatlara inanmağa çağırırıq".

    Qeyd edək ki, "İmişli" son turda öz meydanında "Mingəçevir"ə 0:1 hesabı ilə uduzub.

    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved