Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bilərəkdən edibsə, böyük məbləğdə cərimələnəcək" - Cavid Hüseynov
    9.03.2025 20:14:17

    "Səbail" Misli Premyer Liqasının XXVI turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub.

    Prosport.Az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Çox ağır oyun idi. Bizim üçün bu dəqiqə xallar önəmli və vacibdir. Qırmızı vərəqə almağımız oyuna çox təsir etdi. Məğlub olduq. Rəqibi təbrik edirik. Qarşıdakı oyunlara baxacağıq. Hələ 10 tur var. Çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaq və xallarımızın sayını artıraq.

    - Demək olar ki, Premyer Liqada qalmaq uğrunda mübarizə "Səbail" və "Sumqayıt" arasında gedəcək? Çünki hər iki komanda qalib gələ bilmir...

    - Bu haqda danışmaq hələ tezdir. Düzdür, "Şamaxı" qalib gəlib. Sabah "Kəpəz" "Sumqayıt"la oynayacaq. Əsas rəqibimiz elə özümüzük. Bir qələbə lazımdır ki, komandanın inamını özünə qaytarsın və ardını gətirək. Futbol oynaya bilirik. Sadəcə, bir az inamsızlıq yaranıb. Onu aradan qaldırmağa çalışacağıq.

    - Oyunun favoriti "Zirə" idi. Amma, yəqin ki, 90+6-cı dəqiqədə qol buraxmaq başqa cür təsir edir...

    - Əlbəttə. 70-ci dəqiqədən sonra "Zirə" kimi rəqibə qarşı 10 nəfərlə oynamaq asan deyil. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək oyunçular var. İstənilən halda, hesabı dəyişə bilirlər, yaxşı komanda formalaşdırıblar. 90+6-cı dəqiqədə qol buraxmaq əlavə məyusluq verir. Futbolun içində olan şeylərdir.

    - Qırmızı vərəqə epizodu haqda nə deyəcəksiniz?

    - Açığı, epizoda baxmadım. Görməmişəm. Alluş bilərəkdən edibsə, böyük məbləğdə cərimələnəcək. Komandanı belə vəziyyətdə qoymaq olmaz.

    - Qarşıdakı turda "Neftçi" ilə qarşılaşacaqsınız...

    - "Neftçi" yaxşı komandadır. Bizim üçün artıq rəqibin adı önəmli deyil. Əsas, xallar lazımdır. 

    - Üçüncü dövrəyə yaxşı başlamışdınız. Sonra nə baş verdi?

    - Bu, normaldır, gözləyirdik. Zədəli futbolçularımız çoxdur. Bəzi oyunlarda gənclərə də üstünlük verdik. Heyətimiz geniş deyil. Üçüncü dövrədə qələbələr qazansaq belə, sonrası məlum idi ki, daha çətin olacaq.

    - Az transfer etdiniz. Rəhbərlik pul ayırmadı, yoxsa siz oyunçuları bəyənmədiniz?

    - Bu suala indi cavab vermək istəmirəm. Çox istəyərdik ki, daha 2 futbolçu gətirək. Bu haqda da danışmışdıq, razılaşmışdıq. Müəyyən məsələlər oldu ki, alınmadı.

    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved