Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ad üçün milliyə çağırılmaq düzgün deyil" – Ayxan Abbasov
    9.03.2025 17:51:38

    Misli Premyer Liqasının XXVI turunun “Şamaxı” – “Sabah” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Önəmli qələbə idi. Hər xal bizimçün qızıla bərabərdir. Azarkeşlərimiz önündə qələbənin xüsusi önəmi var. Stabillik çatışmırdı, indi ardıcıl qələbələr qazanırıq. Futbolçuları təbrik edirəm. Taktiki baxımdan rəqibə üstünlük vermədik. Qol vurandan sonra nəticəyə oynadıq. İkinci hissə tempin yüksək olmaması normaldır. Bu xallar elitada qalmağımıza çox kömək olacaq.

    – Rəqib baş məşqçi bildirdi ki, oyunçularınız çox vaxt apardı, gözəl futbol oynamadı...
    – Bu şeylərə fikir vermirən. “Turan Tovuz”la oyunda 82-ci dəqiqədən sonra meydanda futbol olmadı. Bu, normaldır. Əvvəl də qeyd etdim ki, ikinci hissə normal futbol olmadı.

    – Edqar Adilxanovu milli üçün hazır hiss edirsiniz?
    – Gəlin, tələsməyək. Bir çox futbolçu olub ki, parlayıb və tez də sönüb. Edqarın böyük potensialı var, indi ona kömək etməliyik. Daimi belə oynasa, milliyə namizəd ola bilər. Ad üçün milliyə çağırılmaq düzgün deyil. Gənc oyunçu yığmaya gedirsə, formanı almalı və verməməlidir. Necə ki, Elvin Cəfərquliyev, Toral Bayramov belə etdi.

    – Turnir cədvəlində “Sumqayıt”ı arxada qoydunuz…
    – Kimdən öndə olmağımızın önəmi yoxdur. Əsas elitada qalmaqdır. İki pillə irəli qalxa biləcəyiksə, bizimçün daha yaxşı olar.

    – Tribunada yeni transferiniz var idi. Durumu necədir?
    – Tibbi baxışdan keçəndən sonra müqavilə imzalanacaq. Pusi gedəndən sonra bu mövqeyə oyunçu axtarırdıq. Bu gün bir hücumçu ilə qalmışıq, ona görə yeni transferə ehtiyac var idi.

    – Komanda son turlarda formadadır. Relsə düşdüyünüzü demək olar?
    – Qışdan sonra bəzi matçlarda yaxşı oynadığımızı, ancaq buna görə xal verilmədiyini demişdik. Futbolçulara bildirirdim ki, ruhdan düşmək lazım deyil.

    – Əsas vaxta əlavə edilən 7 dəqiqə normal idi?
    – Vallah, “Turan Tovuz”la oyunda daha çox dayanma olsa da, 4 dəqiqə əlavə edilmişdi. Cavid Cəlilov pis idarəçilik etmədi, oyunun tempinin çox aşağı düşməsinə imkan vermədi.

    – Belə fikir var ki, Ayxan Abbasov “Sabah”ı yaxşı oxuyub…
    – Bizim də uda bilmədiyimiz komandalar var.

    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved