Misli Premyer Liqasının XXVI turu liderlər qrupunda yer alan komandaların oyunu ilə başlayacaq.
Prosport.Az xəbər verir ki, “Araz-Naxçıvan” və “Qarabağ” arasında bu gün keçiriləcək matç rəqiblərin ölkə çempionatındakı 11-ci dueli olacaq.
Ağdam klubu əvvəlki 10 oyunda üstünlüyə malikdir. Naxçıvan təmsilçisi 3 qələbə və 1 heç-heçəyə nail olubsa, “Qarabağ” 6 dəfə qalib gəlib. Top fərqində də üstünlük son çempionun tərəfindədir – 21-12.
“Qarabağ” bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan”ın ev oyunlarında isə hər iki komanda qol sevinci yaşayıb.

