“Qarabağ”ın yeni transferi Juninyo Vieira instaqramında paylaşım edib.
Prosport.Az xəbər verir ki, 27 yaşlı braziliyalı yarımmüdafiəçi bunu yazıb:
“Yeni çağırış üçün xoşbəxtəm. Əvvəlcə mənim və ailəmin həyatında etdiyi hər şeyə görə Allaha şükür etmək istəyirəm”.
“Qarabağ” Juninyo ilə üç illik müqavilə imzalayıb.

