"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXVI turunun "Qarabağ"la oyununa ciddi itkilərlə çıxacaq.
Prosport.Az xəbər verir ki, Naxçıvan təmsilçisinin aparıcı oyunçuları bu görüşdə iştirak etməyəcəklər.
Belə ki, Ramon Maçado, Miço Kuzmanoviç və Mustafa Əhmədzadə zədə, İqor Ribeyru və Vanderson Melo isə cəza səbəbindən matçı buraxacaqlar.
"Qarabağ"da isə yeganə itki zədəli Abbas Hüseynovdur.
Qeyd edək ki, bu gün keçiriləcək "Araz-Naxçıvan" - "Qarabağ" görüşü saat 19:00-da başlayacaq.

