Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Region Liqasında 54 komanda harada oynayacaq? – Əsasnamə paytaxtda pozulub
    8.03.2025 09:00:20

    Bu gündən etibarən AFFA Region Liqasının 2025-ci il mövsümünə start veriləcək.

    Prosport.Az AFFA-dan iştirak edəcək 54 komandanın ev oyunlarını keçirəcəyi stadionların siyahısını əldə edib.

    Əvvəla onu bildirək ki, AFFA Region Liqasının Əsasnaməsi Paytaxt və Şimal zonasında mübarizə aparacaq komandalar tərəfindən pozulub. Belə ki, əsasnaməyə əsasən 1 stadiondan maksimum 6 komandanın istifadə etmək hüququ var. Əsasnamədə göstərilib ki, stadionla müqaviləni təqdim edən ilk 6 komandanın həmin stadiondan istifadəsinə icazə veriləcək, 7-ci komandanın sənədləri qəbul olunmayacaq. Lakin 6-dan çox Bakı komandasının "ASK Arena"nı ev meydanı kimi göstərməsi artıq əsasnamənin pozulması deməkdir.

    Yeri gəlmişkən, püşkatma zamanı 54 yox, 50 komandanın ilk turda oynayacağı müəyyənləşdi. Qruplarda say tərkibinə görə 4 komanda ilk turda istirahət edəcək.

    Bakı komandalarını saymasaq, Qaxın 2 (biri ötən mövsüm II Liqadan düşən "Kürmük Qax"dır), artıq II Liqada komandası olan Xaçmazın 2 (ancaq heç biri "Şimal" kimi Xaçmazda oynaya bilməyəcək), Sabirabadın 2, Beyləqanın 2, İmişlinin 2 və Şirvanın 2 komandası bu yarışda mübarizə aparacaq. Şirvan Olimpiya Kompleksinin stadionundan "Hacıqabul" komandası da yararlanacaq. Yeni yaradılmış "Xankəndi" və "Xocalı" komandaları ev oyunlarını müvafiq olaraq Şamaxı və Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.

    Naxçıvan komandaları ötən mövsüm olduğu kimi, bu il də yarışmaq üçün AFFA-ya müraciət etməyib.

    Şimal-Qərb və Qərb zonası (11 komanda, 2 qrup)
    1. "Qax FK" (Qax Olimpiya İdman Kompleksinin stadionu)
    2. "Goranboy OİK" (Goranboy Olimpiya İdman Kompleksinin stadionu)
    3. "Göyəzən" (Qazax şəhər stadionu)
    4. "Tərtər FK" (Tərtər Olimpiya İdman Kompleksinin stadionu)
    5. "Ağstafa Gəncləri" (Ağstafa şəhər stadionu)
    6. "Naftalan FK" (Goranboy Olimpiya İdman Kompleksinin stadionu)
    7. "Bərdə FK" (Bərdə şəhər stadionu)
    8. "VT-Gəncə" (Göygöl Olimpiya İdman Kompleksinin stadionu)
    9. "Balakən FK" (Balakən Olimpiya İdman Kompleksinin stadionu)
    10. "Kürmük Qax" (Qax şəhər stadionu)
    11. "Xocalı PFK" (Zaqatala Olimpiya İdman Kompleksinin stadionu)

    Paytaxt və Şimal zonası (22 komanda, 3 qrup)
    1. "Qaradağ Şıxlar" (Şıxlar qəsəbə stadionu)
    2. "Dirçəliş FK" ("ASK Arena"nın IV meydançası)
    3. "Xudat Siti FA" (Qusarın Şirvanlı kənd stadionu)
    4. "Gənclik İK" ("ASK Arena"nın IV meydançası)
    5. "Mübariz FA" ("ASK Arena"nın IV meydançası)
    6. "Siti Baku" ("ASK Arena"nın IV meydançası)
    7. "Lokomotiv Baku" ("ASK Arena"nın IV meydançası)
    8. "Xanlıq FK" ("ASK Arena"nın IV meydançası)
    9. "Rekord FK" ("Rekord Klub" İdman Kompleksi)
    10. "Topçular FK" (FHN-in stadionu)
    11. "Çinar Zəngilan" ("ASK Arena"nın IV meydançası)
    12. "AtiDEL PFK" ("ASK Arena")
    13. "Bayıl Rovers" ("ASK Arena")
    14. "Əmirli FK" (Şıxlar qəsəbə stadionu)
    15. "İnşaatçı PİK" ("ASK Arena"nın IV meydançası)
    16. "Şirvanovka FK" (Qusarın Şirvanlı kənd stadionu)
    17. İsgəndər Cavadov Bakı Futbol Akademiyası (Abşeron Olimpiya İdman Kompleksinin stadionu)
    18. "Balaxanı FK" ("ASK Arena")
    19. "Cəngi FK" ("Rekord Klub" İdman Kompleksi)
    20. "Gənclər Futbol Məktəbi" ("Rekord Klub" İdman Kompleksi)
    21. ŞKGB (Quba Olimpiya İdman Kompleksinin stadionu)
    22. "Ramana FK" ("ASK Arena"nın IV meydançası)

    Cənub zonası (8 komanda, 1 qrup)
    1. "Masallı PFK" (Masallı şəhər stadionu)
    2. "Zəfər 44" (Cəlilabad şəhər stadionu)
    3. "Lənkəran FK" (Lənkəran Olimpiya İdman Kompleksinin stadionu)
    4. "Ərkivan" (Masallının Ərkivan qəsəbə stadionu)
    5. "Qobustan" (Salyanın Qaraçala qəsəbə stadionu)
    6. "Biləsuvar FK" (Biləsuvar şəhər stadionu)
    7. "Neftçala FK" (Neftçala şəhər stadionu)
    8. "Salyan OİK" (Salyan Olimpiya İdman Kompleksinin stadionu)

    Mərkəz zonası (13 komanda, 2 qrup)
    1. "Mil FK" (Beyləqan Olimpiya İdman Kompleksinin stadionu)
    2. "Araz" (İmişli şəhər stadionu)
    3. "Hacıqabul" (Şirvan Olimpiya İdman Kompleksinin stadionu)
    4. "Şirvan OİK" (Şirvan Olimpiya İdman Kompleksinin stadionu)
    5. "Sabirabad FK" (Sabirabad rayonu mərkəzi stadionu)
    6. "Ümid FK" (Saatlı Olimpiya İdman Kompleksinin stadionu)
    7. "Şirvan FK" (Şirvan Olimpiya İdman Kompleksinin stadionu)
    8. "Xankəndi FK" (Şamaxı Olimpiya İdman Kompleksinin stadionu)
    9. "Ərgünəş" (Horadiz Olimpiya İdman Kompleksinin stadionu)
    10. "Lokomotiv İmişli" (İmişli şəhər stadionu)
    11. "Bahar FK" (Beyləqanın Bahar qəsəbə stadionu)
    12. "Marafon İK" (Sabirabad rayonu mərkəzi stadionu)
    13. "Avşar FK" (Ağcabədi Olimpiya İdman Kompleksinin stadionu)

    Qeyd edək ki, 17 min manat mükafat fondu olan yarışın hər qrupundan ilk 2 komanda 1/8 finala vəsiqə qazanacaq. 20-25 may tarixləri aralığında çempionun və mükafatçıların müəyyənləşdirilməsi nəzərdə tutulub.

    Səbuhi Musa

    Futbol

    Mövsümün sonunda "Zirə"dən ayrılıb, karyerasını bitirəcək

    12.03.2026 16:23:10
    Futbol

    "Neftçi"nin paltardəyişmə otağında qorxulu anlar: Halı pisləşdi, əvəzləndi

    12.03.2026 15:47:52
    Futbol

    "Qarabağ"a 4 qol vuran futbolçu nəhənglərin hədəfində

    12.03.2026 15:18:42
    Futbol

    "Hər şeyin sürətlə getdiyini bilirik, amma Nərimanla bağlı diqqətli olacağıq" - ABŞ klubunun baş məşqçisi

    12.03.2026 14:10:14
    Futbol

    Premyer Liqa: "Zirə" - "Qarabağ" matçının hakimləri bilindi

    12.03.2026 13:52:31
    Futbol

    3 futbolçu "Karvan-Yevlax"ı tərk edəcək

    12.03.2026 12:46:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mövsümün sonunda "Zirə"dən ayrılıb, karyerasını bitirəcək

    12.03.2026 16:23:10

    "Neftçi"nin paltardəyişmə otağında qorxulu anlar: Halı pisləşdi, əvəzləndi

    12.03.2026 15:47:52

    "Qarabağ"a 4 qol vuran futbolçu nəhənglərin hədəfində

    12.03.2026 15:18:42

    Azərbaycan çempionatında pley-off mərhələsinin təqvimi açıqlandı

    12.03.2026 14:50:38

    "Hər şeyin sürətlə getdiyini bilirik, amma Nərimanla bağlı diqqətli olacağıq" - ABŞ klubunun baş məşqçisi

    12.03.2026 14:10:14

    Premyer Liqa: "Zirə" - "Qarabağ" matçının hakimləri bilindi

    12.03.2026 13:52:31

    Cüdo yığmamızın Avropa Açıq turniri üçün heyəti - ADLAR

    12.03.2026 13:12:57

    3 futbolçu "Karvan-Yevlax"ı tərk edəcək

    12.03.2026 12:46:03

    Qazaxıstan millisi Bakıya gəlir

    12.03.2026 12:12:07

    "Qarabağ" müharibəyə görə beynəlxlaq turnirdən imtina etdi

    12.03.2026 11:50:53

    Millimiz Budvadan 4 medalla qayıdır

    12.03.2026 11:18:31

    Bakıdakı "Formula 1" yarışına marşal qeydiyyatı başladı - FOTOLAR

    12.03.2026 10:52:25

    AFFA Raulu milliyə cəlb edir - FOTO

    12.03.2026 10:34:54

    "Dekabrdan marta qədər uduzmamışıqsa..." - "Neftçi"nin legioneri

    12.03.2026 10:02:01

    Sərbəst güləşçilərimiz Avropa çempionatını 8 medalla tamamladı

    12.03.2026 00:15:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved