Türkiyəli tanınmış futbol mütəxəssisi Tuncay Şanlının yeni iş yeri məlum olub.
Prosport.Az xəbər verir ki, 43 yaşlı çalışdırıcı I Liqada çıxış edən “Çorum”la anlaşıb.
Tuncay Şanlı son olaraq Diniyevin sabiq komandası “Ümraniyəspor”u çalışdırıb.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev də hazırda “Çorum” komandasında çıxış edir.

