"Kəpəz"in futbolçusu Trent Buhaqyar Malta millisinə dəvət alıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb.
Malta G qrupunda martın 21-də evdə Finlandiya, 24-də isə səfərdə Polşa ilə qarşılaşacaq.

