Azərbaycanın U-21 yığmasının üzvü Emil Mustafayevin yeni klubu rəsmiləşib.
Prosport.az xəbər verir ki, yarımmüdafiəçi "Polissya"ya keçib. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.
Emil bundan əvvəl "Aleksandriya"da çıxış edirdi. O, klubla müddəti başa çatan müqaviləsini yeniləməyib və "Polissya"ya azad agent kimi keçib.
Azərbaycanlı futbolçu Ukraynada klubunu dəyişdi

