Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Qarabağ” – “Linkoln Red İmps” (Cəbəllütariq) matçının məkanı rəsmən təsdiqlənib.
Prosport.Az xəbər verir ki, bu barədə UEFA qərar verib. Qurumun rəsmi saytında görüşün Bakı Olimpiya Stadionunda keçiriləcəyi qeyd olunub. Matç iyulun 19-u saat 20:00-da başlayacaq.
Bu komandalar arasında ilk matç isə iyulun 11-də saat 19:30-da keçiriləcək.
Xatırladaq ki, Bakıdakı oyunun Bakı Olimpiya Stadionunda baş tutacağını ilk olaraq Prosport.Az saytı yaymışdı.

