Braziliyalı futbolçu Lukas Afriko karyerasını Azərbaycanda davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Qəbələ" 28 yaşlı müdafiəçi ilə maraqlanır.
2021-ci ildən Portuqaliyada "Eştoril"in formasını geyinən oyunçunun hazırkı komandası ilə müqaviləsi başa çatıb.
"Qırmızı-qaralar"dan başqa Avropanın bir neçə klubu da Lukas Afriko ilə maraqlanır. Futbolçunun taleyi yaxın günlərdə həll olunacaq.

