Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sabah ilk yoxlama oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Ferentsvaroş"la qarşılaşacaq. Macarıstan təmsilçisi ilə görüş saat 20:00-da başlayacaq.
"Qarabağ" Astriyada bundan başqa daha 2 sınaq matçına çıxacaq. Rəqiblər "Leqiya" (Polşa) və ÇSKA (Bolqarıstan) olacaq.

