Polşanın "Rakuv" klubunun Müşahidə Şurasının rəhbəri Voytsex Sıqan Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatmasını şərh edib.
Prosport.Az xəbər verir ki, “goal.pl” portalına danışan klub rəsmisi "Qarabağ"la mümkün görüş haqda fikirlərini bildirib:
"Kimsə deyə bilər ki, "Qarabağ" Polşa komandalarını təqib edir. Altı ay əvvəl bu komanda ilə Türkiyədə görüşmək imkanımız oldu və 3:0 qalib gəldik. Birinci turda “Flora” ilə matçdan daha ciddi çağırış olacaq. Bununla belə, ən önəmlisi meydanda baş verənlərdir. “Qarabağ” gücümüz çatmayacaq rəqib deyil. Ancaq hələlik Çempionlar Liqasının birinci mərhələsindəki rəqibimizə diqqət yetirəcəyik. Bu, indi ən vacib şeydir".

