İspaniya nəhəngi Madridin "Real" komandası aparıcı futbolçusu Luka Modriçin müqaviləsini artırıb.
Prosport..Az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatan 37 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə yeni 1 illik 2024-cü ilin iyun ayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Luka "Kral Klubu"na 2012-ci ildə İngiltərənin "Tottenhem" klubundan transfer olunmuşdu.

