“Qarabağ” 2 futbolçusu ilə yeni müqavilə barədə razılığa gəlib.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi Kevin Medina və Yassin Benziyanı komandada saxlamağa nail olub.
Təkliflərə baxmayaraq, legioner futbolçular “köhlən atlar”la müqavilənin müddətini daha 2 mövsüm artıracaq.
Xatırladaq ki, hər iki oyunçunun “Qarabağ”la müqavilələri bu il iyunun 30-da bitir.

