“Sumqayıt” yeni transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Özbəkistanın “Nəsəf” klubunda çıxış etmiş Babur Əbdüxaliqovla 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.
27 yaşlı hücumçu klubda 9 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Babur Əbdüxaliqov karyerası ərzində Özbəkistanın “Nəsəf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub. Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib. O, 2018-ci ildən çıxış etdiyi Özbəkistan millisində 1 qol vurub. Həmin qol 2023-cü ilin sentyabrın 13-də ABŞ-nin Atlanta şəhərində Meksikaya qarşı baş tutmuş yoxlama oyunu zamanı qeydə alınıb. 3:3 hesabı ilə başa çatan görüşdə "Sumqayıt"ın yeni üzvü 18-ci dəqiqədə məşhur Qiyermo Oçoanın qapısından başla qol keçirərək hesabı açıb.
Xatırladaq ki, bunadək "Sumqayıt"da Özbəkistandan Cəsurbəy Cəlaliddinov çıxış edirdi. O, oktyabrın 25-də "Sumqayıt"la mövsümün sonunadək müqavilə bağlamışdı.

