“Şamaxı” komandası hücumçusu Belaydi Pusi ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, futbolçunun transferi ilə bağlı Rusiya Premyer Liqasında çıxış edən “Fakel” (Voronej) klubu ilə razılıq əldə edilib.
Albaniyalı futbolçu artıq Rusiya təmsilçisinin düşərgəsindədir və tibbi baxışdan keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, mövsümün əvvəlində komandaya qoşulan Belaydi Pusi “Şamaxı” forması ilə 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsüm "Turan Tovuz"da çıxış edib.

