“Zirə" futbolçusu Filipe Paxtmannla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, hücumçu ilə imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, braziliyalı forvard 2021-ci ildən “Zirə”də çıxış edirdi. O, tez-tez zədələndiyi üçün əsas heyətdə möhkəmlənə bilmirdi.

