UEFA Millətlər Liqasının C Divizionunun 4-cü qrupunda qadın futbolçulardan ibarət Azərbaycan və Monteneqro yığmaları arasında Bakıda keçiriləcək ilk tur oyununun hakimləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, matçın Tatyana Sorokopudova idarə edəcək. Ona yan xətt hakimləri Narqis Maqau və Dinara İdrisova kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elvira Nurmustafina yerinə yetirəcək. Hakimlər briqadası Qazaxıstanı təmsil edir.
Azərbaycan - Monteneqro oyunu fevralın 21-də “Liv Bona Dea Arena”da keçiriləcək və saat 15:00-da start götürəcək.

