Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Aqressiyam hakimlərə yox, futbolçularıma idi" – Azər Bağırov
    17.02.2025 19:05:11

    "Kəpəz" Misli Premyer Liqasının XXIII turunda Tovuz şəhər stadionunda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    "Maraqlı oyun alındı. 2 fərqli hissə izlədik. Məncə, ilk yarıda daha yaxşı oynadıq. 2-ci hissədə həm orta xətdə, həm də cinahlarda "dişsiz" olduq. Sevindirici haldır ki, 3 turdur məğlub olmuruq, xallar qazanırıq".

    – Oyundan sonra çox əsəbi görünürdünüz. Aqressiyanız hakimlərə idi?
    – Hakimlərə deyildi, öz futbolçularıma idi. Evdə qazanılan xallar çox vacibdir. Bu gün qələbə qazansaydıq, "Zirə" ilə matça fərqli motivasiya ilə çıxa bilərdik.

    – Matçdan əvvəl desəydilər ki, bu gün heç-heçə olacaq, inanardınız?
    – Maraqlı sualdır. Amma hər məşqçi meydana qələbə üçün çıxır. Həddindən artıq qələbə istəyirdik.

    – Müdafiənin mərkəzində problem hiss olunur?
    – Cavan futbolçumuz Nemət Musayev var. Amma onu birdən-birə meydana atmaq istəmədik. Hələ qarşıda 13 tur var. Növbəti oyunlarda meydanda ola bilər. Mahamadu Ba da o mövqedə yaxşı oynadı. Orta xətt oyunçusunun orada oynaması problem deyil.

    – Əlinizdə olan heyətin potensialı bundan da artığına qadirdir?
    – Günü-gündən daha yaxşı olmağa çalışırıq. Səhvlərin sayını azaltsan, daha sadə, səhvsiz oynasan, xallar qazanacaqsan. Futbolçulardan əsas tələbimiz odur ki, az səhv etsinlər. Çatışmazlıqlarımız çoxdur.

    – Fasilədə hücum xətinin 2 oyunçusunu əvəzləməyinizin səbəbi nə idi?
    – Daha çox cinahlarda oyun qurmaq istədik. Bəzi epizodlarda bu alınmadı. Səhv başqa yerdə idi. Mərkəz oyunçuları onları istədiyimiz ötürmələrlə təmin etmədi. Camal Cəfərov və Trent Buhaqiar sürətli futbolçulardır. Onların sürətindən yararlanmaq istəyirdik.

    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Futbol

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44
    Futbol

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19
    Futbol

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47
    Futbol

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    Futbol

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42

    "Sabah"la oyuna çıxmayan bu komanda çempionatdan kənarlaşdırıldı

    25.11.2026 17:15:21

    "Sabah"ın gəncləri 7 cavabsız qolla uduzdu

    25.11.2026 16:56:33

    "Rəqibim ilk məğlubiyyətini məndən alacaq" – Məhəmmədəli Osmanlı

    25.11.2026 16:42:29

    "Çəkimi sala bilmədiyim üçün mükafatın 20%-dən məhrum oldum" – Tahir Abdullayev

    25.11.2026 16:13:38

    AFFA 2 klubu cərimələdi, məşqçiləri cəzalandırdı

    25.11.2026 15:42:51

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved