“Qarabağ” yay fasiləsində 2-ci transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, Ağdam klubu Juninyonun keçidini elan edib.
26 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın “Şaviş” klubundan transfer olunub. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Juninyo "Qarabağ"da 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Qarabağ”ın transfer dönəmində ilk keçidi “Zirə”dən fransalı vinger Hamidu Keyta olub.

