Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komanda sayının artırılmasına sevinmədim" – Rəşad Sadıqov
    17.02.2025 17:41:55

    “Azərbaycan futbolunda son on ildə ən çox inkişaf edən mövqe yerli məşqçilərdir”.

    Prosport.Az xəbər verir ki, bunu "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “CBC Sport” telekanalında yayımlanan “90 dəqiqə” verilişində deyib.

    Mütəxəssis futbolumuzda son illərdə yerli məşqçilərin sayının artdığını vurğulayıb: “Qurban Qurbanovu o siyahıya salmadan Samir Abasov, Ayxan Abassov, Aftandil Hacıyev, Elmar Baxşıyev, Cavid Hüseynov, Vaqif Cavadov, Azər Bağırov, Adil Şükürov kimi son illərdə uğurlu nəticələrə imza atan məşqçilərin adını çəkə bilərik. Bu gün onların əlində olan imkanlarla bizim çempionatımızda gəlib-gedən məşqçilər həmin performansı göstərə bilərdimi? Məsələn, bu gün bir legioner məşqçi gəlib Ayxan Abbasovun mövcud imkanlarla “Turan Tovuz”da, “Sumqayıt”da, “Şamaxı”da göstərdiyi işi göstərsə, deyərəm ki, mən futboldan anlamıram. Yaxud da Cavid Hüseynovla Azər Bağırovun “Səbail” və “Kəpəz”də əllərində olan imkanlarla göstərdiyi nəticələr məni çox təəccübləndirir. Biz səfərdə “Kəpəz” üzərində 4:0 qələbə qazandığımız oyunda 90 dəqiqə onlar bizə pressinq etdi. İlk hissədə mərkəzi keçə bilmirdik. Hesab 3:0 olanda belə, komanda dayanmırdı. Bu məqamlara qiymət vermək lazımdır”.

    Onun sözlərin görə, mətbuatda tez-tez məşqçilər tənqid olunur: “Biz bu gün son 6-7 ildə yüksək səviyyəyə gələn 10-15 yerli futbolçu saya bilmərik, ancaq məşqçi adları çəkə bilərik”.

    Rəşad Sadıqov Premyer Liqada komanda sayının artırılmasına da münasibət bildirib: “Bu qərarı gözləmirdim, düzü sevinmədim. Çempionatımız indi-indi oturuşmuşdu. Son 2 ildir ki, ciddi rəqabət gedirdi. Bu rəqabətin təsirini avrokuboklarda oynayanda daha yaxşı hiss edirik. Biz “Zirə” olaraq ötən il o rəqabətli çempionatdan çıxmasaydıq, “Osiyek”lə, “Şerif”lə mübarizə apara bilməzdik. 2 il qabaqkı “Zirə” ilə bu yay olan komanda arasında böyük fərq var. Bunun da başlıca səbəbi çempionatdakı rəqabətdir”.

    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved