Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Paltardəyişmə otağında ağlayanlar var" – Samir Abasov
    16.02.2025 21:40:29

    Azərbaycan Premyer Liqasının XXIII turunun “Neftçi” – “Qarabağ” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

    – Rəhman Hacıyev və Ramil Şeydayevi məcburiyyətdən meydana buraxdınız?
    – Dəyişikliklər həmişə uğurlu olmaya bilər. Ötən oyunda Emil Səfərovla Ramil Şeydayevi sonradan meydana buraxdıq, xeyir verdilər. Bu gün isə alınmadı. Fikirləşdik ki, Filip Ozobiç və Ağadadaş Salyanski artıq çıxmalıdır. Ağadadaş aldığı zərbədən sonra ağrımağa başlamışdı. Əvəzetmələr effekt vermədi. Belə şeylər ola bilir. Ramil ötən oyunda sonradan daxil olub, qol ötürməsi etmişdi. Bu gün da hücumu gücləndirmək istədi, alınmadı. Realist olmalıyıq. Rəhman da, digərləri də düşünməlidir ki, oyuna belə çıxmaq olmaz. Komandaya kömək etmək üçün hər şeyini verməlisən.

    – Sonuncu dəfə “Qarabağ” üzərindəki qələbəniz “Neftçi”yə çempionluq gətirmişdi. Maraqlıdır, 2021-ci ildəki həmin qələbədən sonra “Qarabağ”ı pis əsəbləşdirdiyinizi düşünmürsünüz?
    – Oyuna yaxşı başlamışdıq. Futbolçuları matça hazırlamaq rahat idi. Başa düşürdülər ki, vacib oyundur. Fanatlar da yaxşı atmosfer yaratmışdı. Biz də bunları bilərək oyuna yaxşı başladıq. Uzun müddət idi ki, “Qarabağ”a qarşı belə oynamamışdıq. Dəyişdiyimiz oyunçular yaradıcılıqları ilə seçilmədi. Bəlkə daha bacarıqlı oyunçular lazım idi. Rəqib azlıqda qalandan sonra bir az da rahatlaşdıq. Ümumilikdə, öz səhvimizdən nəticə belə oldu. Qarşıda oyunlarımız var. Bu motivasiya ilə matçlara hazırlaşacağıq.

    – Rəhmanın əvəzinə Murad Məmmədovu oyuna daxil etmək olmazdı?
    – Azarkeş gözüylə danışmaq lazım deyil. Ötən oyunda 2 əvəzetmə qol gətirdi, bu gün alınmadı. Oyundan sonra "kaş bunu edərdik", "kaş onu edərdik" demək asandır.

    – “Qarabağ” 11 nəfərlə oynayanda da üstün tərəf "Neftçi" idi. Düşünmürsünüz ki, Kevin Medinanın qırmızı vərəqə alması sizin də planınıza təsir etdi?
    – Əvvəldən 11 nəfərə qarşı hazırlaşırsan. Pressinqi, rəqibin oyununu düşünürsən. Medinanın “qırmızı”sından sonra çox şey dəyişdi. Yarımmüdafiədə yaradıcı oyunçu çatışmazlığı var. Görünən odur ki, Medinanın “qırmızı”sı planımızı pozdu.

    – Sanki Kadiyə qarşı narazılıq var idi…
    – Elə edək ki, dava-dalaş olmasın. Epizod yadımda deyil.

    – Bu məğlubiyyət sonrakı mərhələyə necə təsir edəcək?
    – İnşallah, təsiri olmaz. İlk hissədə etdiyimiz yaxşı şeyləri çıxarıb, üzərində durub, hazırlaşacağıq. Ən pis şeydən yaxşını çıxara bilsək, bizim üçün faydalı olacaq. Komandam pis oynamır. Nəticə əldə etməyə çalışırıq və həddindən artıq istəkliyik. Hər oyun məğlub olanda psixoloji təzyiq yaranır. Komanda ətrafında istəmədiyimiz atmosfer yaranır. Bunları aradan götürmək, oyunlara hazırlaşmaq çətin idi. Ancaq son matçlar göstərir ki, düzgün yoldayıq. “Zirə” ilə oyundakı 2-ci qoldan sonra skamyamızda baş verənləri görsəniz, qələbəyə necə kökləndiyimizi bilərsiniz.

    – Kubokun finalında “Qarabağ”la qarşılaşa bilərsiniz. Azarkeşlərə nə deyə bilərsiniz?
    – Nə deyə bilərəm? Hələ finala nə qədər var… Bəlkə, “Qarabağ” finala çıxa bilmədi? Mayın 28-də olacaq bir şeylə bağlı nə deyə bilərəm ki? Qarşıda oyunlar çoxdur. Rəqəmlərlə nələrsə etmək istəyirsiniz, amma yaxşı yerə getmir. Kubokda çox çətin oyunlar olacaq. Heç kim düşünməsin ki, asandır.

    – Oyundan sonra futbolçular azarkeşlərlə görüşməyə getmədi…
    – Bu fanatları stadiona gətirən ardıcıl qələbələrdir. 9-cu sıradan bu yerə gəlmişik. Başa düşürük, bizdən tələblər yüksəkdir. 3 qələbə azarkeşimizə böyük ümid vermişdi. Bizi üzən də budur. Meydança dolur, sənə inanıb gəlirlər, amma məyus qayıdırlar. Futbolçular da insandır. Bu dəqiqə paltardəyişmə otağında kədərli olanlar, dözməyib ağlayanlar var. Bunları başa düşmək lazımdır. Bəlkə də fanatların yanınna getməmək ən doğrusu idi. Ümidlər qırıldı. Futboldur, dünya dağılmayıb. Yenə “Qarabağ”la oynayacağıq, inşallah, qələbə də qazanarıq.

    – “Neftçi”nin avrokuboklara vəsiqə qazanmaq potensialı var? Eyni zamanda, uğursuzluq faciə sayılmayacaq?
    – Komandanı götürdüyüm anda neçənci yerdə olduğu yadınızdadır? Komandaya kubok qazandırmağı çox istəyirik. Məqsədim futbolçulara bu istəyi aşılamaqdır. Hər oyuna son matç kimi çıxmaq lazımdır. Yaxşı əhvaldayıq. Bu vaxta kimi ruhsuz, istəksiz oynayırdılar. Bunu aradan qaldırmağa çalışırıq. “Neftçi”nin adına avrokuboklar yaraşır. Bir şeyə söz verirəm ki, əlimizdən gələni edəcəyik.

    – Emin Mahmudov qarşıdakı oyunlarda yenidən kapitan ola bilər?
    – Xeyr.

    Futbol

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38
    Futbol

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28
    Futbol

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    Futbol

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46
    Futbol

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59
    Futbol

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41

    AGF 3 ölkənin federasiyası ilə memorandum imzaladı - FOTOLAR

    27.07.2026 21:49:25

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved