“Qəbələ”nin 2023/24 mövsümünün hazırlığına start verib.
Prosport.Az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gəliblər. Hazırlıq prosesi çərçivəsindəki ilk məşq yerli futbolçuların iştirakı ilə keçirilib. Fiziki təmrinlər yerinə yetirən komandanın məşqi əsasən topsuz çalışmalardan ibarət olub.
Qeyd edək ki, iyulun 8-dək Qəbələdə hazırlıq keçəcək “Qəbələ" toplanışın 2-ci mərhələsini Türkiyədə gerçəkləşdirəcək.

