Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qol vura bilmiriksə, deməli, nəsə var" - Vaqif Cavadov
    15.02.2025 21:45:24

    Misli Premyer Liqasının XXIII turunun “Sumqayıt” – “Zirə” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Yaxşı komandaya qarşı oynadıq. Rəqib iddialıdır. İlk 15 dəqiqədə öz gücünü və təzyiqini göstərdi. Əfsuslar olsun ki, fərdi səhvlərə görə bəsit qollar buraxdıq. Oyunun taleyi 30 dəqiqədə həll olundu. Komandamdan razıyam. Yolumuza davam edirik. Ümid edirəm ki, gec-tez bu sindromu qıracağıq. Ruhdan düşmürük. Hər məğlubiyyətdən sonra güclənirik. Qarşıda “Neftçi” ilə oyun var. Bu, bizimçün dönüş ola bilər.

    – Enişdən çıxmaqçün nə planınız var?
    – Komandanı götürəndə enişdə idik. Ardıcıl xallarla irəlilədik. Son 5 oyunun 3-də uduzmuşuq, 2-də heç-heçə etmişik. Qlobal bir şey yoxdur. Bəzi oyunçulara tam uyğunlaşmaq üçün vaxt lazımdır. Hücumda oyunçular daha fəal olmalıdır. Uyğunlaşma prosesi var və bu, tez olmur. Məcburuq ki, onları əsas heyətdə oynatmaqla uyğunlaşdıraq.

    – Komanda artıq təhlükəli zonaya düşür…
    – Qarşıda 13 tur var, panikaya düşmək lazım deyil. Yolumuzu gedəcəyik. Futbolçular məsuliyyəti hiss edəcək və bu, bizə faydalı olacaq. Ən çətin gündə yanında olanlar əsl dostlarındır. Peşəkarlıq belə məqamda üzə çıxır. Yaxşı gündə dostlar ətrafda olur. Hər şey qabaqdadır, problem yoxdur. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı nəticə əldə edəcəyik.

    – Kamran Quliyevin oynamamasının səbəbi nədir?
    – Kamran mən gələndən sonra daha çox oynamağa başladı. Ona güvənirik. Lakin yeni hücumçunun gəlişindən sonra sanki istəyi azalıb. Buna görə əsas heyətdə deyil. Hər oyunçu starta layiq olduğunu sübut etməlidir. Rəqabətdə qalib gəlmək lazımdır. Kamran önəmli oyunçudur, inanıram ki, başa düşür və bundan sonra daha çox çalışacaq.

    – Yansane də ciddi nə iləsə yadda qalmır…
    – Kamran bu ana qədər 14 oyunda əsas heyətdə oynayıb. Momo Yansaneyə də şans lazımdır ki, formaya düşsün. Oynamayacaqsa, nə üçün gətirmişik? Onun potensialı var. Gec də olsa, bunu görəcəyik.

    – Niyə qol vura bilmirsiniz?
    – Səbirli olmaq lazımdır. Nə zamansa, sindrom qırılacaq. Komandanın bundan sonra daha yaxşı olacağına inanıram.

    – Problem yoxdur deyirsiniz. Lakin qol vura bilmirsiniz. Neçə oyun lazımdır ki, bu, problem sayılsın?
    – Oyunlara baxın, “Qarabağ”, “Araz-Naxçıvan”, “Sabah”… Bəzi situasiyalar var. Nəzərə alın ki, hansı oyunlarda qol vura bilməmişik. Düzdür, “Səbail”ə, “Şamaxı”ya uduzmuşuq. Bu, məyusedicidir. Komanda qol vura bilmir və qalib gələ bilmir. Amma liderlər sırasında olanlardan xal almışıq.

    – Qol vurmamağınız üçün dua edənlərin olduğunu deyirsiniz. Bunlar kimdir?
    – Bilsəm, özüm danışardım. Penalti olur, vura bilmirik, çoxlu hücum edirik, alınmır. Deməli, nəsə var da…

    – Futbolçularınız deyir ki, sonuncu sıranı düşünmürük, irəki qalxmaq istəyirik. Sanki nisbətən zəif komandalara qarşı istəksiz oynayırsınız…

    – Bu gün də pis oynamadıq. Bəsit qollar buraxdıq. Rəqib çox güclüdür, amma biz də sadə qollar buraxırıq. Bunu aradan qaldırmağa çalışacağıq. Sonuncu yer haqda düşünmürük.

    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved