Transfer fəaliyyətini davam etdirən "Qəbələ" qapı mövqeyi üçün axtarışdadır.
Prosport.Az-ın məlumatına əsasən, "qırmızı-qaralar" "Sabah"ın qapıçısı Nicat Mehbalıyevi hədəfə alıb. Lakin paytaxt təmsilçisi qapıçını azad agent kimi buraxmaq fikrinə yaxın durmayıb. Onlar "Qəbələ"dən 100 min manat təzminat tələb ediblər.
"Qəbələ" hazırda Nicat Mehbalıyevi icarəyə götürməyə çalışır.

