Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HİK komandası ölkə kubokunda növbəti matçına çıxıb.
Prosport.Az xəbər verir ki, Helsinki təmsilçisi A qrupunun 4-cü turu çərçivəsində “Mariehamn”ı qəbul edib.
Görüş HİK-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydana start heyətində çıxan Ozan Can 74-cü dəqiqədə – hesab 1:1 olarkən əvəzlənib.
Helsinki təmsilçisi bu nəticədən sonra 9 xalla 2-ci pilləsində qərarlaşıb. Qrup mərhələsinin son turunda HİK səfərdə KTP-nin qonağı olacaq. Qələbə qazanacağı təqdirdə, Ozan Canın komandası yarımfinala yüksələcək.

