"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu rəqibi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq. Sofiya təmsilçisinə qarşı görüş iyulun 4-ü keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" Avstriyada iyunun 27-də "Ferensvaroş" (Macarıstan), iyulun 1-i isə "Leqiya" (Polşa) ilə də üz-üzə gələcək.

