Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Arif Əsədov: "Tuayev elə etmişdi ki, yemək yeyə-yeyə Norveçin oyununa baxaq" – BİR VİDEONUN TARİXÇƏSİ
    14.02.2025 19:29:00

    "O vaxt biz səfərlərə indiki kimi çarter reyslə getmirdik". 

    Bunu Prosport.Az-a millimizin sabiq futbolçusu Arif Əsədov deyib.

    Millimizin o dövrlərdə çalışmış tibb personalının üzvü, massajçısı Faiq Hüseynov (videonu məhz o çəkib – red.) bugünlərdə 90-cı illərdə olan millimizin düşərgəsindən çəkilmiş videoları paylaşır. Bunlardan 1996-cı ilin mayın 31-də millimizin Fransada keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunu zamanı Norveçin paytaxtı Osloda olması ilə bağlı video diqqəti çəkib. Belə ki, komandamız rəqib komandanı yemək-yeyə analiz edib.

    Həmin vaxt "Neftçi"nin müdafiəçisi olmuş 54 yaşlı Arif Əsədov bunu baş məşqçi Kazbek Tuayevin qərarı ilə belə etdiklərini bildirib: "Səfərlər zamanı vaxtımız hava limanlarında keçirdi. Bir ölkəyə getmək üçün 2-3 təyyarədən istifadə edirdik. Ümumiyyətlə, oyuna kimi maksumum 1-1,5 gün vaxtımız olurdu. Həmin görüntülər çəkilən zaman biz Norveçə yeni çatmışdıq. Dedilər ki, əşyalarınızı otağa qoyub, tez axşam yeməyinə düşün. Bakı ilə arada saat fərqi də vardı. Yatma vaxtına az qalmışdı. Vaxt az olduğundan, Kazbek Tuayev elə etmişdi ki, yemək yeyə-yeyə Norveçin oyununa baxaq. Televizor da gördüyünüz kimi köhnədir. Analiz o vaxt 40-45 dəqiqə çəkirdi. İndi müasir texnologiya ilə bu, 20-25 dəqiqə olur. Orada göründüyü kimi, yorğun görünürük. Uzaq səfər yolçuluğu, saat fərqi, yuxusuzluq bizi yormuşdu".

    Qeyd edək ki, 2 gün sonra iyunun 2-də komandamız "Üleval" stadionunda 14 012 tamaşaçının gözü önündə güclü rəqibinə 0:5 hesabı ilə məğlub olur. Şimali irlandiyalı hakim Alan Snodinin idarə etdiyi görüşdə Stole Sulbakken (8, 46) və Ule Qünnar Sulşar (37, 90) dubl edir. 1 qolu isə Frank Strandli rusiyalı legionerimiz Aleksandr Jidkovun qapısından keçirir. Bu görüşdə həmçinin "Mançester Siti"nin hücumçusu Arlin Holanın atası, o vaxt "Notinqem Forest"də çıxış edən Alfi Holan da sağ cinah müdafiəçisi kimi 90 dəqiqə meydanda oynayıb.

    Səbuhi Musa

    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Minifutbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved