Cənubi Koreya çempionatında XIX turun matçları baş tutub.
Prosport.Az xəbər verir ki, milli komandamızın üzvü Anton Krivotsyukun da çıxış etdiyi "Tecon" "Cecu Yunayted"in qonağı olub.
Matç 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisinin müdafiəçisi bu görüşdə start heyətində meydana çıxıb. O, sona qədər oynayıb.
Qeyd edək ki, "Tecon" 27 xalla turnir cədvəlində 6-cı pillədədir.

