“Şamaxı”nın sabiq futbolçusu Giorgi Kantaria özünə yeni iş yeri tapıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan klubundan danışılmış oyunlara görə kənarlaşdırılan 27 yaşlı gürcüstanlı yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirəcək.
Kantariya “Sokol”la danışıqları müsbət yekunlaşdırıb. O, mövsümün sonuna kimi Saratov təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, “Şamaxı” Giorgi Kantaria ilə müqaviləyə keçən ilin dekabrında xitam verib.

