AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekereyə ağır itki ilə üzləşib.
Prosport.Az xəbər verir ki, belçikalı sabiq referinin anası dünyasını dəyişib.
De Blekere bu haqda sosial şəbəkə hesabında təsirli sözlər yazıb: "Bu gün mənim üçün dünya dayandı. Böyük kədərlə anam Ruske ilə vidalaşdıq. O, çox güclü idi, amma bu, bizimlə qalması üçün yetmədi. İndi o, yenə öz Renesi ilə göylərdədi. Mən onlardan ötrü dəhşətli dərəcədə darıxacam. Sən mümkün olan hər şeyi verdin və biz səni heç vaxt unutmayacağıq. Atamı möhkəm qucaqla. Hər şeyə görə çox sağ ol!".
De Blekerenin anası dünyasını dəyişməzdən öncə Bakıda olan oğlu ilə görüşüb vidalaşmaq istəyib. Oğlu anasının arzusunu yerinə yetirib.

