"Zirə" klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Azərbaycan səfərdə olan Türkiyənin "Alanyaspor" klubunun prezidenti Hasan Çavuşoğlu və Rusiyanın "Rubin" klubunun direktoru Şamil Xusnutdinovla görüşüb.
Prosport.Az xəbər verir ki, hər iki funksionerlə görüşdə futbolla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin yeni layihələr və klublar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.

