“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin səhhətində qəfil yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Prosport.Az xəbər verir ki, reanimasiyaya yerləşdirilən mütəxəssisin ümumi durumu normal, şüuru yerindədir. Buna baxmayaraq, bir müddət reanimasiyada həkimlərin nəzarəti altında saxlanılacaq.
Qeyd edək ki, Oğuz Çətin 2013/2014 mövsümündə “Xəzər Lənkəran” komandasında Mustafa Dənizlinin köməkçisi, daha sonra baş məşqçi kimi fəaliyyət göstərib.

