Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "5:0 hesablı qələbəyə baxmayın, o qədər səhvlərimiz olur" - Qurban Qurbanov
    11.02.2025 22:08:07

    Misli Premyer Liqasının XXII turunun “Qarabağ” – “Səbail” (5:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvcəlcə oyunla bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. Qarşımızda güclü müdafiə olunan kollektiv var idi. Sadəcə, ilk qoldan sonra riskə getdilər və boşluqlardan yaxşı istifadə etdik. Düzgün və aktiv müdafiə olunurdular. Kubokun ilk matçında da beləydi. Asan deyildi. Amma 60-70 dəqiqə bunu bacarırlarsa, deməli nizam-intizam qaydasındadır. Heyətində çox sürətli oyunçuları var. Hansı ki, bizi hücumda yaxalaya bilirdilər, lakin bəxtləri gətirmədi. Buna görə də belə komandaya qol vurmaq çətindir.

    – Riçard Almeydanın gedişi haqda nə deyə bilərsiniz?

    – Düzü, gözlənilməz oldu. 2 gün əvvəl yüngül danışığımız oldu. Sanki dünən tam dəqiqləşdi və öz ölkəsinə – keçmiş komandasına qayıtmaq istədi. Buna hörmətlə yanaşıram. O vaxt Ansi Aqolli də vaxt azlığına görə klubdan ayrıldı. Sadəcə, futbolçunun öz razılığı bizim üçün önəmlidir. Riçard burada özünü rahat hiss edirdi. Ona ən yaxşısını arzulayırıq.

    – Demişdiniz ki, dəyişiklilər olacaq. Belə gözlənilməz dəyişikliklər müsbətə, yoxsa mənfiyə doğrudur?

    – İnşallah, yaxşılığa doğru təsir edər.

    – Kadinin ilk çıxışını necə qiymətləndirirsiniz?

    - Kadi öz komandasına qayıdıb, uyğunlaşma problemi olmayacaq. Öz idman formasından uzaqdır. Amma inanıram ki, formasını bərpa edəcək. Hər bir halda öz sevimli peşəsiylə məşğul olacaq.

    – Aleksey Kaşuk ideal formasından uzaq görünür…

    – Ola bilər hansısa oyunlarda zəif təsir bağışlayır. Belə bir futbolçunun 1 il məşqlərdən kənar qalması çətindir. Məşqlərdə kollektivdən geri qalmır. Hamı Kaşukun potensialını bilir. Ondan razıyam. Bir neçə oyun iş əmsalı aşağı olub, amma onda olan bəzi elementlər bizim oyunçularda yoxdur. Futbolçularımız çox yüklənir, amma Kaşukun “Səbail”lə kubok oyununda iş əmsalı ən yüksək idi. Bərpası bir az uzanır. Ancaq komandanın lazımlı fiqurlarından biridir.

    – “Neftçi”nin son oyunlardakı uğurlu çıxışı və qarşıdakı turda ölkə derbisinin olmasını necə qiymətləndirirsiniz?

    – Əlbəttə, müsbət dəyərləndirirəm. Çünki “Neftçi” məğlub olduğu bəzi oyunlarda belə, yaxşı çıxış edib. “Neftçi”ylə oyunlarda heç vaxt öncəki matçların nəticəsinə baxılmayıb. Bu komandaya qarşı oynamaq həmişə xoşdur. Həm biz, həm də “Neftçi” azarkeşləri razı salmaq üzün yaxşı oyun göstərməliyik.

    – “Zirə”ylə matçdan sonra demişdiniz ki, çatışmazlıqlar var. Bu çatışmazlıq aradan qaldırıldı?

    – Qüsurlar həmişə var. 5:0 qalib gəlməyimizə baxmayın. O qədər səhvlərimiz olur ki. Futbol sürətli şəkildə dəyişir. İnanın, hələ də hazırki çempionata uyğunlaşa bilmirəm. Çox fərqli sistemdə çalışırıq. Hər məşqçi hər bir oyunda sürprizlər edə bilər. Bütün komandalarımız fərqli tərzdə çıxış edirlər və yaxşı analiz edirlər. Çalışırıq ki, daim rəqibə təzyiq yaradaq. Ola bilər ki, bu sistemdə çempionata uyğunlaşdıqdan sonra bizə daha asan olsun. Bizim düşünmədiyimiz şeylər var.

    – “Sabah”la matçda Yassin Benzianı 6 nömrə mövqeyində görmüşdük. Demək olar ki, Kadiyə yer tapmısınız?

    – Elə oyunçular var ki, onlara həmişə meydanda yer tapılır. Çünki onların qabiliyyəti mənə rahatlıq verir. Amma əsas güvəndiyim oyunçuların hazırlıq forması çox vacibdir. Gələcəkdə bəzi rotasiyalar olacaq.

    Futbol

    AFFA Region Liqasının püşkü atıldı

    10.03.2026 22:53:36
    Futbol

    "Qəbələ" təhlükəli komandadır" - Valdas Dambrauskasın 7:1 şərhi

    10.03.2026 22:17:25
    Futbol

    "Qəbələ"nin 5, "Sabah"ın 50 manatı var" - Kaxaber Sxadadze

    10.03.2026 21:46:30
    Futbol

    "Sabah" "Qəbələ"ni "top atəşi"nə tutdu – VİDEO

    10.03.2026 21:06:55
    Futbol

    "Turan Tovuz" indi də Sumqayıta köçür

    10.03.2026 18:49:31
    Futbol

    "Sabah" - "Qəbələ": HEYƏTLƏR

    10.03.2026 18:15:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Avropa Açıq çempionatını 12 medalla başa vurdu

    10.03.2026 23:46:44

    Avropa çempionatı: 5 güləşçimiz medal qazandı

    10.03.2026 23:21:39

    AFFA Region Liqasının püşkü atıldı

    10.03.2026 22:53:36

    "Qəbələ" təhlükəli komandadır" - Valdas Dambrauskasın 7:1 şərhi

    10.03.2026 22:17:25

    "Qəbələ"nin 5, "Sabah"ın 50 manatı var" - Kaxaber Sxadadze

    10.03.2026 21:46:30

    "Sabah" "Qəbələ"ni "top atəşi"nə tutdu – VİDEO

    10.03.2026 21:06:55

    "Turan Tovuz" indi də Sumqayıta köçür

    10.03.2026 18:49:31

    "Sabah" - "Qəbələ": HEYƏTLƏR

    10.03.2026 18:15:47

    "Qarabağ"da parladı, millinin qapısı üzünə açıldı – VİDEO

    10.03.2026 18:05:34

    Avropa Açıq çempionatında qızıl medal

    10.03.2026 17:49:32

    AFFA milliyə əcnəbi baş məşqçi gətirdi - RƏSMİ

    10.03.2026 17:30:22

    "Qarabağ" mövsümün rekorduna imza atdı

    10.03.2026 16:48:44

    Yuri Vernidubun Berdıyevin əlini sıxması tənqid olundu

    10.03.2026 16:20:05

    AFFA I Liqa klubunu böyük məbləğdə cərimələdi

    10.03.2026 15:47:48

    Saşa İliç Sumqayıtdan Türkiyə mətbuatına danışdı: "Çox çətin olacaq"

    10.03.2026 15:19:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved