Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Kemal Özdeşlə vidalaşıb.
Prosport.Az xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, I Liqa təmsilçisi baş məşqçinin istəyinə əsasən, Renat Dadaşovu əsas heyətdən kənarlaşdırmışdı. "Ankaragücü" 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.