Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Dekabrdan onların klublarına "çökmüşdük" – Samir Abasov
    10.02.2025 21:58:40

    "Neftçi" Misli Premyer Liqasının XXII turunda səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Bu gün start heyətində 7 yerli futbolçu var idi. Qələbə ruhunun qayıtmasında bu amilin rolu var?
    – Rolu var, amma böyük rolu olduğunu deməzdim. Böyük rol odur ki, istər legioner, istər yerliyə o ruhu verəsən. Onlar da bunu meydançada göstərsin. İşlədiyim klublarda legionerlər, deyərdim ki, yerlilərdən geri qalmır. Əsas, ab-havanı düzəltməkdir.

    – “Kəpəz”lə kubok matçını da saysaq, son 3 oyunda 3 qələbə. Martın 22-ni gözləyək, düzələcəyik demişdiniz...
    – Martın 22-ni demişdim, ancaq hansı il olduğunu deməmişdim. Gözləyək (gülür).

    – Dramatik sonluğu sizin dilinizdən eşidək...
    – Təbii ki, bütün komandalar qələbə üçün oynayır. Komanda bu istəyi göstərirsə... Bu bizim üçün həmin oyunlardan idi. Qələbə üçün hər şeyi edirik. Qol buraxandan sonra ümid qırılmadı, sadəcə pərişan olduq. Mən özüm enerjimi qələbə üçün sərf etmişdim. Köməkçilərimə dedim ki, qismət budur. Bu qələbə mənim üçün xoşdur.

    – Bassala Sambu və yeni gələcək transfer haqda firkiniz necədir?
    – Qışda oyunçu gətirmək çətindir. Elə oyunçular var idi ki, onlarla danışıq aparırdıq. Dekabrdan onların klublarına "çökmüşdük". Əfsuslar olsun ki, alınmadı. Hücum planında eyni tempdə oynaya bilməməyimiz bizi narahat edirdi. Düşündük ki, bu gücdən istifadə edək.

    – "Forza Neftçi" və Yuri Matiasın ad günüdür. Ad gününü keçirmək üçün məkan hazırdır?
    – Hər kəs bazaya gedir. Prosedurlarımız var. Məşqimizi keçdik. Bu ərəfə bizim üçün çox qısadır. Kubok çox önəmlidir. Psixoloji vəziyyətimizi yaxşılaşdırdıq. 3 qalibiyyəti böyük iş kimi görürlər. Öz qrafikimizlə gedəcəyik.

    – "Qarabağ"la matçda həmin "Neftçi"ni görə biləcəyik? Fərqli Azərbaycan derbisi ola bilər?
    – Bu oyundan sonra ümidlər elədir. Real danışım, "Qarabağ" bizdən güclüdür. Amma öz meydanımızda oynayacağıq. Hər şeyi edəcəyik. Yaxşı nəticə istəyirik. Bu qalibiyyətdən danışaq. Dərhal "Qarabağ"la matça köklənməyək. Məşqlərə başlandan sonra bu haqda düşünəcəyik.

    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved