Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məğlub olmaq limitimiz var idisə, bu turda doldu" – Rəşad Sadıqov
    10.02.2025 21:50:34

    "Zirə" Misli Premyer Liqasının XXII turunda doğma meydanda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Ağır və mübarizənin çox olduğu matç izlədik. Oyun daha çox mərkəzdə gedirdi. Üstünlük bir tərəfdən digərinə keçirdi. 75-ci dəqiqədən sonra qol vurmağa yaxın olan biz idik. Standart vəziyyətlərin davamında qollar buraxırıq. Böyük qüvvə ilə irəli atılıb, hesabı bərabərləşdirdik. O dəqiqələrdə hücum etsən, 1 qolla nəticələnməz, amma qapımızda 2 epizod qolla nəticələndi. Rəqibi təbrik edirəm. Məğlub olmaq limitimiz var idisə, bu turda doldu. Başımızı dik tutmalıyıq. Ağır və acı məğlubiyyətdir. 0:1 hesabı ilə uduzsaydıq, bəlkə belə ağır olmazdı. Təəssüf ki, məğlub olduq. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. 

    – “Zirə" qış fasiləsindən sonra rəqib tanımırdı. “Neftçi”yə isə 2 oyunda da uduzmusunuz. Samir Abasov – Rəşad Sadıqov amilini önə çəkmək olar? 
    – Futboldur. Ola bilər ki, hansısa rəqib kimin üçünsə prinsipial olsun. Burada olduğum dönəmdən “Neftçi” bizə qarşı prinsipial olub. Samir Abasovun dönəmində olub, ya əvvəl... 4,5 ildir ki, buradayam. 2:0 qalib gəldiyimiz matç bir balaca asan keçdi. Onda "Neftçi"nin performansı aşağı idi. 2 il bundan əvvəl Samir Abasovun dönəmində "Neftçi" üzərində qələbə qazansaq, 3-cü olacaqdıq. Burada çox prinsipial görüş keçdi. Qarşımda fərqli "Neftçi" gözləmirəm. Futbolçulara da demişdim ki, digər oyunlarda "Neftçi"ni necə görürsünüz bilmirəm, amma bizimlə fərqlidir. Oyunlarımız prinsipial keçir. Ola bilər ki, bizə qarşı oynamaq maraqlıdır.

    – Bunda Rəşad Sadıqovun ad və soyadı ola bilər?
    – Düşünmürəm. Orada bəlkə də 90% insan məni tanımır. Bu məqamlar bizi daha da gücləndirməlidir. 90-cı dəqiqəyə qədər qələbəyə yaxın tərəf biz idik. Ədalətli nəticə 0:0 olardı. Avorkuboklardan bu yana belə qollar buraxmışıq. Hesabı bərabərləşdirdik. Amma qoruyub saxlaya bilmədik.

    – Eldar Quliyev son vaxtlar oynamır. Bunun səbəbi nədir?
    – Virus yayılanda xəstələnmişdi. 15-20 gün hərarəti yüksək oldu. Zədəlilərimiz var. Daviti Volkovi qışda xəstələnmişdi, tam sağalmamışdı. Hücum xəttində disbalans yaşayırıq.

    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Futbol

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44
    Futbol

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19
    Futbol

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47
    Futbol

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    Futbol

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42

    "Sabah"la oyuna çıxmayan bu komanda çempionatdan kənarlaşdırıldı

    25.11.2026 17:15:21

    "Sabah"ın gəncləri 7 cavabsız qolla uduzdu

    25.11.2026 16:56:33

    "Rəqibim ilk məğlubiyyətini məndən alacaq" – Məhəmmədəli Osmanlı

    25.11.2026 16:42:29

    "Çəkimi sala bilmədiyim üçün mükafatın 20%-dən məhrum oldum" – Tahir Abdullayev

    25.11.2026 16:13:38

    AFFA 2 klubu cərimələdi, məşqçiləri cəzalandırdı

    25.11.2026 15:42:51

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved