"Kəpəz" Misli Premyer Liqasının XXII turunda səfərdə "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə edib.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Çətin oyun oldu. Gəncəyə xalsız qayıtmaq istəmirdik. Heyətdə itkilərimiz var idi. Buna baxmayaraq, rotasiyalarımızı etdik. Uşaqlar vuruşdu. Təkbətək epizoddan istifadə etsəydik, başqa cür olardı, rəqib daha da üstümüzə gələrdi. 2-ci hissə çətin başladı. Səfərdə 1 xal yaxşı nəticədir.
– Paşunu əvəzləməyiniz nə ilə bağlı idi?
– Hücumu daha da gücləndirmək istədim. Paşu hücumun axarına açılan oyunçu deyil. Sadiq Şəfiyevdə irəli açılmaq daha qabarıq görünür. Ona görə də daha çox hücumu gücləndirmək istədik.

