“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayıra bilər.
Prosport.Az xəbər verir ki, Juninyu və Juliu Romaudan sonra Aleksey Kaşşuk da maraqlı təklif alıb.
Belə ki, ukraynalı yarımmüdafiəçinin karyerasını İspaniya La Liqasında davam etdirmək variantı yaranıb. Bildirilib ki, İspaniya çempionatında turnir cədvəlinin son pillələrində qərarlaşan bir klub Kaşşuka maraq göstərir.
Adı açıqlanmayan həmin komanda 24 yaşlı vingeri mövsümün sonunda birdəfəlik transfer etmək şərti ilə 6 aylıq icarəyə götürməyi planlaşdırır. Həmin klubun skautları hücumameyilli oyunçunu mövsümün əvvəlindən diqqət mərkəzində saxlayır.
Qeyd edək ki, Aleksey Kaşşukun “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. O, ötən il İspaniyanın “Malyorka” klubu ilə danışıq aparsa da, keçid baş tutmayıb.

