Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Şamaxı" sevinir, amma hələ bizi keçməyib – Vaqif Cavadov
    9.02.2025 17:15:04

    "Məğlub olmalı deyildik. Üstünlük bizim tərəfimizdə idi. Qol epizodları yaradırıq. Oyunumuz onu göstərir ki, hər şey qaydasındadır. Sadəcə, son nöqtəni qoya bilmədik. Bu da düzələcək. "Şamaxı"nı təbrik edirəm. Sevinirlər, amma hələ bizi keçməyiblər. Qarşıda çox oyun var".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının XXII turunun “Şamaxı” ilə görüşündən (0:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını cavablandırıb.

    – 2-ci hissədə komandanızın oyununun alınmamasının səbəbi nədir?
    – Məcburi əvəzetmələr oldu, bəzi oyunçularımızın zədəsi üzə çıxdı. Bununla əlaqələndirə bilərəm. Hansısa mövqe səhvinə yol vermədik. Nə baş verdisə, 2-ci hissənin əvvəlində baş verdi. Oyun nəzarətimizdə idi. 1 səhv məğlubiyyətə gətirib çıxardı.

    – Komandanın 7 oyundur qol vura bilməməsinin səbəbi nədir?
    – 
    Epizodlar var, sadəcə vura bilmirik. Top dirəyə dəyirsə, 2 metrdən qol vura bilmiriksə, nə vaxtsa bu seriya qırılacaq. Əsas odur ki, oyun, qol epizodlarımız var. Qol imkanlarının sayı bizdə daha çox idi. Futboldur, belə şeylər olur. Bir daha deyirəm, hər şey qaydasındadır. 22 xalımız var, 6-cı yerdəyik, Heç bir təlaşa düşmürük, sakitliyimizi qoruyub yolumuza davam edəcəyik.

    – Alan Diasın durumu necədir?
    – 
    Hələ bilmirik. Əzələsi dartırlıb. Müayinədən sonra dəqiq cavab verə biləcəyik. Sosial şəbələlərdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursun. Kənardan danışmaq asandır. Böyük şəhərin bir komandasıyıq, azarkeşlərə ehtiyacımız var.

    – "Şamaxı"nın sevinməsini xüsusi qeyd etdiniz. Onlarla hələ 1 oyununuz da qalıb. Revanş hissi var?
    – 
    Heç kimə mesaj vermirəm. Sevinməkdə hamı sərbəstdir. Sadəcə olaraq onu deyə bilərəm ki, hələ bizi keçməyiblər. Qol vura bilməməyimizə baxmayaraq, komandam çox yaxşı oyun nümayiş etdirir. Bu sindromu qıracağıq. Futbolçularım özlərinə inansın, hər zaman onların arxasındayam.

    – Premyer Liqada sonuncu yeri tutan komandanın I Liqanın 3-cüsü ilə pley-off oynayacağı deyilir. "Sumqayıt" sonuncu olsa, razılaşacaq? 
    – Mən o barədə düşünmürəm. İnanmıram ki, komandam sonuncu olsun. Belə bir şey olsa, mən burada olmaram. Hər şey yaxşı olacaq, futbolçularımdan razıyam. İnanıram ki, növbəti oyunlarda qələbələrimiz olacaq. Azarkeşlərimizə ehtiyacımız var, gəlib stadionu doldursunlar.

    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved