"Zirə" ilə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş oyundan sonra "Araz-Naxçıvan" məşqlərini bu gün bərpa edib.
Prosport.Az xəbər verir ki, soyuq və qarlı havada təxminən 1 saat davam edən hazırlıq prosesində yeni transfer Əyyub Allaş da iştirak edib.
Əvəzində zədəsi davam edən Bəxtiyar Həsənalızadə, Ömər Buludov və braziliyalı Ramon Maşadu kollektivə qoşulmayıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Milsi Premyer Liqasının XXII turunda "Kəpəz"lə qarşılaşacaq. Fevralın 10-da "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 16:00-da start götürəcək.

